İtaliya özünü qonaq kimi aparmadı - "Skuadra adzurra" Bakıda Fransa bileti aldı

İtaliya özünü qonaq kimi aparmadı - "Skuadra adzurra" Bakıda Fransa bileti aldı
Milli komandamız bu gün növbəti oyununa çıxıb. Fanat.az xəbər verir ki, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində 9-cu oyununu İtaliyaya qarşı keçirib.
 
Görüş əsas millimizin tsikldə son ev oyunu olub. Hesabı 11-ci dəqiqədə Eder açıb. Yığmamız buna 31-ci dəqiqədə Dmitri Nazarovun qolu ilə cavab verib. O, Ruslan Qurbanovun ötürməsindən sonra fərqlənib. 43-cü dəqiqədə Stepan Əl Şaaravi İtaliyanı yenidən hesabda önə keçirib. Son nöqtəni isə 65-ci dəqiqədə Matteo Darmian qoyub. 88-ci dəqiqədə qırmızı vərəqə alaraq millimizi alıqda qoyub. 3:1 hesablı qələbə qazanan İtaliya Avropa çempionatına vəsiqəni təmin edib.
Bu görüş Bakı Olimpiya stadionunda keçirilən ilk futbol qarşılaşması kimi tarixə düşüb. I Avropa oyunlarına ev sahibliyi edən arenada ilk qolu Eder vurub.
Yığmamızın müdafiəçisi Rəşad Sadıqov yubiley matçına çıxıb. Kapitan yığmada 100 oyun keçirən ilk futbolçu olub.
Qeyd edək ki, İtaliya yığması indiyədək 4 dəfə dünya, 1 dəfə Avropa çempionu, 1 dəfə olmpiya oyunlarının qalibi olub.
AVRO-2016
Seçmə mərhələ
H qrupu
10 oktyabr
Azərbaycan - İtaliya 1:3
Qollar: Dmitri Nazarov, 31 (ötürmə - Ruslan Qurbanov) - Eder, 11 (ötürmə - Marko Verratti). Stepan Əl Şaaravi, 43 (ötürmə - Antonio Kandreva). Matteo Darmian, 65.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 8. Eddi İsrafilov (6. Rəşad Sadiqov, 66), 10. Ruslan Qurbanov (11. Tuğrul Erat, 74), 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (20. Məhəmməd Mirzəbəyov, 90+1).
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 9. Elvin Məmməmdov, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 17. Elnur Cəfərov, 18. Rəhman Hacıyev.
Baş məşqçi: Robert Prosineçki.
İtaliya: 1. Canluici Buffon (k), 2. Mattia De Skiqlio, 3. Giorgio Çiellini, 4. Matteo Darmian, 6. Antonio Kandreva (18. Rikkardo Montolivo, 88), 9. Qraziano Pelle, 10. Marko Verratti, 14. Stepan Əl Şaaravi (5. Alessandro Florenzi, 74), 16. Marko Parolo, 17. Eder (20. Sebastian Covinko, 79), 19. Leonardo Bonuççi.
Ehtiyat oyunçular: 13. Daniel Padelli, 7. Simon Zaza, 8. Roberto Soriano, 11. Cakomo Bonaventura, 12. Salvator Siriqu, 15. Andrea Barzagli, 21. Andrea Bertolaççi, 22. David Santon, 23. Fabio Quagliarella.
Baş məşqçi: Antonio Konte.
Sarı vərəqə: Maksim Medvedev, 90+4.
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88.
Hakimlər: Villyam Kollum (Şotlandiya), Damian Makqreyt (İrlandiya), Frensis Konnor, Alastair Mater (Şotlandiya).
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (Şotlandiya).
Hakim-inspektor: Marinus Kopman (Holalndiya).
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya).
Bakı. Olimpiya stadionu.

1

İtaliya

9

6

3

0

14-6

21

2

Norveç

9

6

1

2

12-8

19

3

Xorvatiya

8

4

3

1

16-5

14

4

Bolqarıstan

8

2

2

4

7-9

8

5

Azərbaycan

9

1

3

5

7-16

6

6

Malta

9

0

2

7

3-15

2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər