İtaliya millisini Bakıya kim gətirəcək?

İtaliya millisini Bakıya kim gətirəcək?

Dünya çempionatında uğursuz çıxış səbəbindən istefa verən Cezare Prandellidən sonra baş məşqçisiz qalan İtaliya yığmasını kimin çalışdıracağı hələ bəlli deyil. Fanat.az xəbər verir ki, hazırda bu posta iki namizədin olduğu deyilir.

Bunlardan biri "Qalatasaray"dan ayrıldıqdan sonra işsiz qalan Roberto Mançini, digəri "Yuventus"dan istefa verən Antonio Kontedi. Bu yarışda Mançininin favorit olduğu deyilsə də, bir problem var. "La Stampa" qəzetinin məlumatına görə, "Latsio"nun prezidenti Klaudio Lotito onu milli komandada görmək istəmir. İtaliya Futbol Federasiyasının İdarə Heyətinin üzvü olan və federasiyada böyük nüfuza sahib Lotitonın Mançini əleyhinə təbliğat apardığı bildirilir. 

Bu arada İtaliya mətbuatı milli komandanın baş məşqçisi ilə bağlı sorğu keçirib. Sorğu iştirakçılarının 45 faizi Mançiniyə, 35 faizi Konteyə, 10 faizi Françesko Quydolinə səs verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər