İtaliya millisi bu gün Bakıya gəlir

İtaliya millisi bu gün Bakıya gəlir

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya millisi bu gün ölkəmizə gələcək.

Fanat.az xəbər verir ki, “Skuadra Adzurra”nı Bakıya gətirən təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanacaq.

Oktyabrın 9-da İtaliya millisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxacaq.

Xatırladaq ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da keçiriləcək və saat 21:00-da start götürəcək.//Futbolxeber.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər