İtaliya millisi Bakıya gələcək

İtaliya millisi Bakıya gələcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda daha bir qrupun oyunları yekunlaşıb.

 

Fanat.az xəbər verir ki, 3-cü qrupda Bosniya və Herseqovina, Rusiya və Gürcüstan yığmalarını geridə qoyan İtaliya komandası bu mərhələni 1-ci pillədə başa vuraraq mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl elit-raundun 8-ci qrupunda 1-ci yeri tutan Belçika yığması final mərhələsinə vəsiqəni təmin etmişdi.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər