21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya - İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Fanat.az azər verir ki, FIFA referisinə Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcək. Matçda dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Fanat.az