İtaliya Bakıya bu heyətlə gələcək

İtaliya Bakıya bu heyətlə gələcək
İtaliya yığmasının AVRO-2016-nın seçmə mərhələsinin son iki turu üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Antonio Konte iki oyuna 27 futbolçu dəvət edib. 
Onlardan 6-sı legioner həyatı yaşayır. Belə ki, Konte Fransanın PSJ (2 futbolçu), "Monako", İngiltərinin "Mançester Yunayted", "Sautqempton" və ABŞ-ın "Nyu York Siti" klublarının üzvlərini qarşıdakı oyunlara dəvət edib.
Qeyd edək ki, İtaliya millisi oktyabrın 10-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq, 13-də də Norveçlə qarşılaşacaq.
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Daniele Padelli ("Torino"), Salvatore Siriqu (PSJ, Fransa).
Müdafiəçilər: Andrea Barzaqli, Leonardo Bonuççi, Corco Kyellini (hamısı "Yuventus"), Andrea Ranokkya, Davide Santon (hər ikisi "İnter"), Davide Astori ("Fiorentina"), Mattia de Siqlio ("Milan"), Alessandro Florensi ("Roma"), Matteo Darmian ("Mançester Yunayted", İngiltərə). 
Yarımmüdafiəçilər: Andrea Bertolaççi, Rikardo Montolivo (hər ikisi "Milan"), Marko Parolo ("Latsio"), Roberto Soriano ("Sampdoriya"), Andrea Pirlo ("Nyu-York Siti", ABŞ), Marko Verratti (PSJ, Fransa).
Hücumçular: Sebastian Covinko, Fabio Kvalyarella (hər ikisi "Torino"), Domeniko Berardi ("Sassuolo"), Antonio Kandreva ("Latsio"), Eder ("Sampdoriya"), Lorenso İnsinye ("Napoli"), Simone Zaza ("Yuventus"), Qrasiano Pelle ("Sautqempton", İngiltərə), Stefan Əl-Şaaravi ("Monako", Fransa).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər