Avropa çempionatının final mərhələsi çərçivəsində baş tutacaq İtaliya - Azərbaycan matçının hakimləri açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı İngiltərə və Ukraynadan olan hakimlərə tapşırıb.
Sabah "Belqrad Arena"da baş tutacaq və Bakı vaxtı ilə saat 00.00-da start götürəcək qarşılaşmanın baş hakimi ingiltərəli Mark Birkett olacaq. Ona ukraynal? h?mkar? Oleq Ivanov kom?k ed?c?k.
Qeyd edək ki, Azərbaycan yığması İtaliya və Çexiya ilə birlikdə D qrupunda yer alıb. Millimiz növbəti oyununu fevralın 5-də Çexiyaya qarşı keçirəcək.
Fanat.az