İsveçrə şirkətindən AFFA-nın fəaliyyətinə qiymət

İsveçrə şirkətindən AFFA-nın fəaliyyətinə qiymət

İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı 2022-ci ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, şirkət tərəfindən göndərilən məktubda AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu vurğulanıb.   Eyni zamanda, qeyd olunub ki, Lisenziyalaşdırma Qrupu 2023/2024 lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.   SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər