Qadın voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. Fanat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutan mərasimdə Bakının “Lokomotiv” klubu rəqibini tanıyıb.
Qrup mərhələsində 2-ci pilləni tutan Bakı təmsilçisi 1/16 finalda İsveçrə çempionu “Volero” ilə qarşılaşacaq. Bu klubun kapitanı Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovadı. Sürix təmsilçisi D qrupunda birinci pilləni tutub.
Bu cütün qalibi 1/3 final mərhələsində “Vakıfbank” (Türkiyə) - “Əczaçıbaşı” (Türkiyə) duelinin güclüsü ilə qarşılaşacaq.
1/6 final
9/11 fevral - 23/25 fevral
1. Vakıfbank (Türkiyə) - Əczaçıbaşı (Türkiyə)
2. Lokomotiv (Azərbaycan) - Volero (İsveçrə)
3. Ximik (Polşa) - Fənərbaxça (Türkiyə)
4. Dresdner (Almaniya) - Dinamo (Moskva, Rusiya)
5. Uraloçka (Rusiya) - Dinamo (Kazan, Rusiya)
6. Atom (Polşa) - Pyaçentsa (İtaliya)
1/3 final
8/10 mart - 22/24 mart
7. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
8. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
9. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
Dördlər finalı
9-10 aprel
9-cu cütün qalibi - Kasalmaqqiore (İtaliya)
7-ci cütün qalibi - 8-ci cütün qalibi
Qeyd edək ki, yarışın “Dördlər finalı” C qrupunu lider kimi başa vuran “Kasalmaqqiore” klubuna həvalə edilib. Onlar ev sahibliyi hüququna yiyələndiyindən, "pley-off" mərhələlərindən azad olub. Kasalmaqqiore təmsilçisi yarışı yarımfinaldan davam etdirəcək. Onları "pley-off"da qrup mərhələsinin ən yaxşı 3-cüsü Polşa “Ximik”i əvəzləyib.
Fanat.az