İsveç millisi Bakıya bu heyətlə gəlir

İsveç millisi Bakıya bu heyətlə gəlir

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turu üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Yohansson, Kristoffer Nordfeldt, Yakob Videll Zetterström; Müdafiəçilər: Ludviq Auqustinsson, Aleks Douqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlqren Eqnell; Yarımmüdafiəçilər: Yasin Ayari, Lukas Berqvall, Yens Kayuste, Antoni Elanqa, Niklas Eliasson, Viktor Qyökeres, Alexander İsak, Deyan Kulusevski; Hücumçular: Huqo Larsson, Sebastian Nanasi, Qustaf Nilsson, Anton Saletros, Mattias Svanberq.

Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər