"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Nefes" yayıb.
Məlumata görə, onun xidmətində "Qalatasaray" maraqlıdır. Mənbə İstanbul klubunun qış transfer pəncərəsində 33 yaşlı misirli üçün hərəkətə keçəcəyini vurğulayıb. Salahın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda qonaq qismində uduzduqları (0:1) "sarı-qırmızılar"ın azarkeşlərinin yaratdığı ab-havadan məmnun qaldığı və komandanın yarımmüdafiəçisi İlkay Gündoğana zəng vuraraq onunla bu barədə danışdığı bildirilib. "Liverpul"un isə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan Monu yüksək wiymətə satmaq variantının əleyhinə olmadığı diqqətə çatdırılıb.
Nihat