İstanbul nəhəngi Levandovskini istəyir

İstanbul nəhəngi Levandovskini istəyir

"Barselona"nın müqavilə yeniləmək istəmədiyi Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu iddia "Fanatik"ə məxsusdur.

Xəbərə görə, polşalı forvardın xidmətində "Fənərbağça" maraqlıdır. Mənbə Səudiyyə Ərəbistanı klublarında oynamaq variantını yaxına buraxmayan 37 yaşlı futbolçunun cari mövsümün sonunda azad agent qismində "sarı bülbüllər"ə qoşulmaq ehtimalının yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Bu mövsüm "blauqrana"nın forması ilə bütün turnirlədə 9 matça çıxan ön xətt oyunçusu 4 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər