İsrailli yarımmüdafiəçi "Qəbələ"də! 

İsrailli yarımmüdafiəçi "Qəbələ"də! 

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ" heyətini gücləndirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" “Aşdod”un yarımmüdafiəçisi Fares Abu Akellə anlaşıb. 

"Qəbələ"nin baş meneceri Nail Kərimov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Fareslə anlaşmışıq. O, artıq Boluda - komandamızın düşərgəsindədir. Prosedurları yerinə yetirdikdən sonra keçidini rəsmiləşdirəcəyik".

25 yaşlı orta sahə oyunçusu son 3 ildə İsrail çempionatında oynayıb. Onun “Aşdod”la sözləşməsi davam etsə də, futbolçu rəhbərliyi ayrılığa razı sala bilib. Akel “Qəbələ” ilə 1+1 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, “Qəbələ” yay fasiləsində bundan əvvəl İlkin Qırtımov, Felipe Santos və Səlahət Ağayevi transfer edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər