"Simurq" "Qəbələ"yə qarşı tam heyətlə oynamayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixredze İdan XXXII turun oyununda Vaytsmanın xidmətindən yararlana bilməyəcək.
Belə ki, israilli futbolçu cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İdan "sarı" vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olub.
Fanat.az