İspaniya və İtaliya Bakıda qələbə qazandı

İspaniya və İtaliya Bakıda qələbə qazandı
17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində birinci turun oyunları davam edir. Fanat.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub. 
Günün ilk matçında C qrupunda çıxış edən İtaliya Serbiyanı sınağa çəkib. Qatıldıqları bütün yaş qruplarındakı turnirlərin favoritlərindən hesab olunan italyanlar 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında İspaniya Hollandiyaya qalib gəlib - 2:0.
 
C qrupunda da iki oyun baş tutub. “Dalğa Arena”da Fransa və Danimarka üz-üzə gəlib. Matç 0:0 hesabı ilə yekunlaşıb. Suraxanı qəsəbə stadionunda isə İsveç İngiltərəni udub - 2:1.
 
"AVRO-2016" (U-17)
Qrup mərhələsi
I tur
C qrupu
Fransa - Danimarka 0:0
Hakimlər: Ville Nevalaynen (Finlandiya), Endryu Kristiansen, Neeme Nemlayd (Estoniya), Sergeyus Silvia (Litva).
“Dalğa Arena”.
 
İngiltərə - İsveç 1:2
Qollar: Reiss Nelson, 62 - Coel Asoro, 4; 59.
Hakimlər: Sven Erik Eduardsen (Norveç), Alan Haynger (İsveçr), Ceyhun Sesigüzel (Türkiyə), Orxan Məmmədov (Azərbaycan).
Suraxanı qəsəbə stadionu.
D qrupu
İtaliya - Serbiya 2:1
Qollar: Canluka Skamakka, 9. Moyse Kin, 32 - İqor Maksimoviç, 77.
Hakimlər: Matiya Jqaneç (Sloveniya), Eduard Spiteri (Malta), Emmet Dinan (İrlandiya), Alan Durieks (Lüksenburq).
Suraxanı qəsəbə stadionu.
 
Hollandiya - İspaniya 0:2
Qollar: Xordi Mbula, 16. Abel Ruiz, 52.
Hakimlər: Fran Yoviç (Xorvatiya), Marios Dmitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan), Əliyar Ağayev (Azərbaycan).
“Dalğa Arena”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər