İspaniya millisi Bakıya gəlir

İspaniya millisi Bakıya gəlir
Qadın futbolçulardan ibarət U-17 və U-19 yığmaları arasında seçmə mərhələ oyunlarının təşkil olunacağı ölkələr müəyyənləşib. Fanat.az хəbər verir ki, qruplardan birinin oyunları Bakıda baş tutacaq.
Belə ki, 19 yaşadək futbolçular arasında "AVRO-2017"nin ilkin seçmə mərhələsinin 8-ci qrupunun oyunları gələn ilin 15-20 sentyabrında Bakıda təşkil olunacaq. Bu qrupda millimizlə yanaşı, İspaniya, Ukrayna və Litva milliləri mübarizə aparacaq.
U-19-lar arasında "AVRO-2016"nın elit mərhələsinin 1-ci qrupunun oyunları İrlandiyada keçiriləcək. Millimiz bu qrupda meydan sahibləri ilə yanaşı, Almaniya və Polşa ilə mübarizə aparacaq. Qrupun oyunları gələn ilin 5, 7 və 10 apreldə baş tutacaq.
U-17-lər arasında "AVRO-2017"nin seçmə mərhələsində millimiz 3-cü qrupda çıхış edəcək. Oyunlar gələn ilin 3-18 oktyabr aralığında Macarıstanda keçiriləcək. Qrupda millimiz və meydan sahibləri ilə yanaşı, Polşa və Estoniya da yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər