İslamiada: Azərbaycanın ilk gümüş medalı

İslamiada: Azərbaycanın ilk gümüş medalı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb. Fanat.Az xəbər verir ki, Şəfiqə Əmrahova qadınlar arasında səngər stendi yarışında gümüş medal qazanıb

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında səngər stendi yarışının qalibi Türkiyə idmançısı Gürer Nihan olub. O, 41 xal toplayaraq çempion adını qazanıb. Azərbaycanlı atıcılarından Şəfəq Əmrahova 37 xalla yarışı gümüş medalla başa vurub. Bürünc medalın sahibi isə 29 xal toplayan Qətər idmançısı Əl Xələf Xolud Hassan olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər