İPL: "Mançester Yunayted"dən 9 cavabsız qol

İPL: "Mançester Yunayted"dən 9 cavabsız qol
İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.
 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turnir cədvəlinin sonuncusu "Şeffild Yunayted” digər autsayder "Vest Bromviç”i qəbul edib və çətin qələbəyə sevinib. "Arsenal” səfərdə "Vulverhempton”a boyun əyib. "Nyukasl” da "Kristal Pelas”la ev oyunundan məğlub ayrılıb.
 
Ardıcıl iki oyunda xal itirən "Mançester Yunayted” bu dəfə "Sauthempton”u sınağa çəkib. "Qırmızı şeytanlar” rəqibini 9 cavabsız qolla darmadağın edib.
 
İngiltərə Premyer Liqası
22-ci tur
2 fevral
 
Şeffild Yunayted – Vest Bromviç 2:1
Qollar: Boqle, 56. Şarp, 73 – Filips, 41.
 
Vulverhempton – Arsenal 2:1
Qollar: Neves, 45+5-pen. Moutinyo, 49 – Pepe, 32.
 
Mançester Yunayted – Sauthempton 9:0
Qollar: Bissaka, 18. Reşford, 25. Bednarek, 34-öz qapısına. Kavani, 39. Marsyal, 69; 90. Maktominay, 71. B.Fernandes, 83-pen. D.Ceyms, 90+4.
 
Nyukasl – Kristal Pelas 1:2
Qollar: Şelvi, 2 – Ridevald, 21. Keyhill, 25.
 
3 fevral
 
22:00 Fulhem – Lester
22:00 Bernli – Mançester Siti
23:30 Lids – Everton
00:15 Aston Villa – Vest Hem
00:15 Liverpul – Brayton
 
4 fevral
 
00:00 Tottenhem – Çelsi
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər