İnzaqi “İnter”in tarixinə düşdü

İnzaqi “İnter”in tarixinə düşdü

“İnter” Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Milan”ı məğlub edib - 1:0.

Fanat.Az xəbər verir ki, bu matç “neradzurra”nın çalışdırıcısı Simone İnzaqi üçün əlamətdar olub.

O, “İnter”i Çempionlar Liqasının finalına çıxaran ikinci italiyalı baş məşqçi kimi tarixə düşüb.

Öncədən bunu 1972-ci ildə təşkil edilən avrokubok matçının finalında “İnter”in “sükanı arxasında” olan Covanni İnvernizzi bacarmışdı. Həmin qarşılaşmada Milan təmsilçisi “Ayaks”ı 2:0 hesabı ilə məğlub etmişdi. Yohan Kroyff həmin görüşdə dubla imza atmışdı.

İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.

Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər