İnterpolun axtardığı eks-baş məşqçimiz Dubayda neft çıxarır

İnterpolun axtardığı eks-baş məşqçimiz Dubayda neft çıxarır
İnterpol tərəfindən axtarılan cüdo üzrə millimizin keçmiş baş məşqçisi Peter Zeyzenbaherin yeri müəyyənləşib.
Oe24.at saytının məlumatına görə, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubaydadır.
Zeyzenbaher bu şəhərdə neft, qaz və qızıl çıxarmaqla məşğul olan şirkətin baş direktorudur. ABŞ-da qeydiyyatdan keçən şirkətə məşqçini oğlunun işə düzəltdiyi deyilir.
ABŞ və BƏƏ arasında ekstradisiya müqaviləsi olmadığından Peter burada rahat işləyə bilir.
Qeyd edək ki, pedofiliyada günahlandırılan Zayzenbaher Avstriya məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib.(qafqazinfo)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər