“İnter”in səfər xərcini kim ödəyib?

“İnter”in səfər xərcini kim ödəyib?

"İnter"in İslandiyada "Hafnarfyordur" klubu ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa AFFA-nın vəsaiti ilə yollanıb. Fanat.az "Report"a istinadən xəbər verir ki, "bankirlər"in səfər xərcləri klubun federasiyaya müraciəti əsasında ödənilib.

Nəticədə klub iyulun 14-də çarter reysi ilə səfərə çıxıb. Oyun isə Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə saat 00.15-də başlayacaq.

Xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu təsdiqləyib. O bildirib ki, "İnter"in gediş-gəlişi üçün xərclənən vəsait avrokubokda iştirak qarşılığında UEFA-dan kluba ödəniləcək məbləğdən çıxılacaq. Nərimanoğlu "İnter"in Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə də eyni şərtlərlə kluba dəstəyin veriləcəyini əlavə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər