“İnter”in başı dərddə:4 futbolçu oynamayacaq

“İnter”in başı dərddə:4 futbolçu oynamayacaq

Topaz Premyer Liqasının XIII turunda baş tutan “Zirə” - “İnter” matçı qonaqlar üçün yaxşı nəticələnməyib. Fanat.Az xəbər verir ki, “bankirlər” yalnız 90+3-cü dəqiqədə qələbəni əldən verdikləri üçün üzülmürlər (1:1).

İş ondadır ki, paytaxt klubunun 4 futbolçusu cəzalı duruma düşüb. İkinci dövrənin son turunda “Qarabağ”la üz-üzə gələcək “İnter” qapıçı Səlahət Ağayev, müdafiəçilər Manuel Skarlatake, İlkin Qırtımov və hücumçu Pərdis Fərcad-Azadın xidmətindən yararlana bilməyəcək. Çünki “Zirə” ilə dueldə Skarlatake qırmızı vərəqə görüb, digərləri isə 4-cü sarı vərəqəni alıblar.

Qeyd edək ki, “İnter”in heyətində Ruslan Abışovla Denis Silvanın balansında 3 “sarı” var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər