“İnter”in 500-cü qolu

“İnter”in 500-cü qolu

Topaz Premyer Liqasının XVIIturunun “İnter” - “Sumqayıt” oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub. Bu qarşılaşmayadək hesabında 499 qol olan “İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.

1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.

501 qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.

“İnter” Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadı. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.

“İnter”in mövsümlər üzrə vurduğu qollar

Mövsüm

Qol

1999/2000

19

2000/01

23

2001/02

31

2003/04

37

2004/05

41

2005/06

35

2006/07

36

2007/08

55

2008/09

54

2009/10

47

2010/11

29

2011/12

29

2012/13

38

2013/14

27

Cəmi

501

pfl.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər