“İnter”ə Novruz hədiyyəsi etdik" - Samir Abasov

“İnter”ə Novruz hədiyyəsi etdik" - Samir Abasov

“Oyunun ikinci hissəsi bizim adımıza daha yaxşı keçdi”. Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının XXII turunda “İnter”in qonağı olan “gənclik şəhəri” təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülüb.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: “Burdan ən azı heç-heçəylə qayıtmaq istəyirdik. Ancaq alınmadı. “İnter” qalib gəldi deyəndə ki, qolu biz hədiyyə etdik. Novruz bayramına hələ bir həftə qalsa da, oyunçular tez hədiyyə etməyə başlayıblar. Qorxduğumuz başımıza gəldi. Bilmirəm komandanın belə oyununun səbəbi nədi. Qarşıda bizi Gəncədə çətin oyun gözləyir. Qorxum rəqibə görə yox, özümüzə görədi. Bəlkə də, hər şey təcrübəsizlikdən irəli gəlir. Pis olası bir şey yoxdu. Əsas odu ki, yüksək liqada yerimizi təmin edib, məqsədimizə çatmışıq. Ancaq hər şey bitməyib. İndi əsas hədəf növbəti görüşlərdə qalib gəlib, özümüz-özümüzü sevindirməkdi”.

 

- “Qarabağ”la oyunda 5 müdafiəçiylə oynamışdız, indi isə 4. Bu dəyişikliklər nə ilə bağlıdı?

- “Qarabağ”ın mərkəzində daha güclü oyunçular çıxış etdiyinə görə 3 dayaq yarımmüdafiəçisiylə çıxdıq. Biz “Qarabağ”dan çəkinmirdik. Bu gün öz sistemimizə qayıtdıq. Uşaqlar buna daha çox öyrəşiblər. “İnter” də bu sistemlə oynayır. Yəqin ki, dəyişiklik olmasa, “Qarabağ”la növbəti oyunda da bu sistemlə oynayacağıq.  (Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər