“İnter”də üç yubiley

“İnter”də üç yubiley

“İnter”in futbolçuları İlkin Qırtımov və Fuad Bayramov üçün Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə səfər matçı yubileylə əlamətdar olub. 

Fanat.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesabı ilə nəticələnən görüşdə hər iki futbolçu yubiley oyununa çıxıb. 

İlkin ölkə çempionatlarında 150-ci qarşılaşmasında iştirak edib. Bu matçlarda 3 qola sevinən müdafiəçi “İnter”lə (27 oyun, 1 qol) yanaşı, “Simurq”un da (123 oyun, 2 qol) formasını geyinib. 

Fuad üçün yubiley ikiqat xarakter daşıyıb. O, 1 qol vurduğu Premyer Liqada 50-ci oyununu keçirib. Yalnız bir klubun şərəfini qoruyan yarımmüdafiəçi həm də “İnter”in heyətində 50-ci çempionat matçında iştirak edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər