“İnter”də “Bakı”dakından az alacam”

“İnter”də “Bakı”dakından az alacam”

“Bakı”da keçirdiyim dönəmi özüm üçün uğurlu saymıram. Ordan ayrılmağımın səbəbi isə maddi problemlər deyil”. Bu sözləri Fanat.az-a açıqlamasında “zolaqlılar”ı “İnter”ə dəyişən Elvin Məmmədov deyib.

2008-ci ildə çempion olduğu komandaya qayıdan yarımmüdafiəçi əlavə edib: “Pula qalsa, “İnter”də daha az maaş alacam. Hamı bilir ki, belədi. Mənə oynamaq lazımdı. “Bakı” rəhbərliyi yeni müqavilə təklif etmədi. Mən də Avroliqaya vəsiqə qazanmış, iddialı, mənə yad olmayan kluba üz tutdum. Kaxaber Tsxadadzenin rəhbərliyi altında həm mənim “artırmaq” şansım çoxdu, həm də Avroliqada uğur qazanacağımıza inanıram”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər