Yanvarın 10-da Türkiyəyə uçacaq “İnter”in hazırlıq planı məlumdu. Fanat.Az xəbər verir ki, “bankirlər” qardaş ölkədə 4 sınaq qarşılaşmasına çıxacaq.
“Bankirlər”in rəqiblərindən 3-nün adıbəllidi. Yalnız yanvarın 13-də üz-üzə gələcəkləri kollektivin kimliyi bilinmir. Bununla bağlı, klub rəhbərliyi hazırda danışıqlar aparır.
Yanvarın 18-də Rumıniya “Botoşani”siilə oynayacaq “İnter” növbəti görüşünü ertəsi Tacikistan təmsilçisi “İstiqlol”a qarşı keçirəcək. Təmsilçimiz 4-cü yoxlama oyununa yanvarın 21-də çıxacaq. Budəfəki rəqib Rusiyanın “Orenburq” klubu olacaq.
Fanat.Az