"İnter" tarixində ilk dəfə "Milan"ı bu vəziyyətə saldı

"İnter" tarixində ilk dəfə "Milan"ı bu vəziyyətə saldı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda ilk qarşılaşmada yendiyi "Milan"ı minimal hesabla məğlub edən "İnter" tarixi nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, "qara-göylər" ilk dəfə ardıcılı 4 oyunda əzəli rəqibini "quru hesab"la üstələməyi bacarıb.

Daha öncə ÇL-in yarımfinalının birinci duelində "qırımızı-qaralar"ın qapısından 2 cavabsız top keçirən "İnter", A Seriyasının 21-ci turunda 1:0, İtaliya Superkubokunun finalında isə 3:0 hesablı qələbələr qazanmışdı.

Qeyd edək ki, "İnter" ÇL-in finalında "Real Madrid" - "Mançester Siti" cütünün qalibi ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər