"İnter" kimi komanda "Atletiko Madrid"dən qorxmamalıdır"

"İnter" kimi komanda "Atletiko Madrid"dən qorxmamalıdır"

İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini Milan "İnter"inin Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələ biləcəyi komandalardan danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:

"İnter" kimi komanda "Atletiko Madrid"dən qorxmamalıdır. Hə, "Real Madrid"dən, "Bayern Münhen"dən, "Mançester Siti"dən ehtiyatlanmaq olar, amma İnzaginin komandası "Atletiko"dan zəif deyil".

Qeyd edək ki, ÇL-in 1/8 finalının püşkatma mərasimi dekabrın 18-də keçiriləcək. "İnter" yer aldığı qrupda 2-ci yeri tutduğu üçün pley-offda "Bayern Münhen", Dortmund "Borussiya"sı, "Mançester Siti", "Arsenal", "Real Madrid", "Atletiko Madrid", "Barselona" kimi rəqiblərdən biri ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər