“İnter” in Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi "Fola" ilə ilk oyununu idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, iyunun 12-də “Dalğa Arena”da baş tutacaq görüş israilli ədalət təmsilçilərinə həvalə olunub.
Matçın referisi Eytan Şmuleviçdir. Ona Nisan Davidi və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Bar-Natan yerinə yetirəcək.
Qeyd edək ki, “İnter” - “Fola Eş” qarşılaşması saat 20:00-da başlayacaq.
Fanat.Az