Artıq Topaz Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub. Çempionat 4-cü dövrə ilə başa çatıb.
Son 9 turun ən yaxşısı “İnter” olub. Bakılılar və “Qəbələ” məhz uğurlu finiş sayəsində mükafatçılar sırasına düşüb. İlk 3 dövrədə böyük üstünlük qazanan “Qarabağ” isə son dövrədə o qədər yüksək nəticə göstərməyib.
Qeyd edək ki, 1-ci dövrədə 18, 3-cüdə 22 xalla “Qarabağ”, 2-cidə isə 19 xalla “Qəbələ” ən yaxşı olmuşdu.
| 1 | İnter (Bakı) | 9 | 7 | 1 | 1 | 19 - 6 | 22 |
| 2 | Qəbələ | 9 | 5 | 2 | 2 | 11 - 8 | 17 |
| 3 | Xəzər Lənkəran | 9 | 4 | 3 | 2 | 16 - 11 | 15 |
| 4 | Qarabağ (Ağdam) | 9 | 4 | 2 | 3 | 16 - 7 | 14 |
| 5 | Neftçi (Bakı) | 9 | 3 | 3 | 3 | 8 - 9 | 12 |
| 6 | Sumqayıt | 9 | 3 | 3 | 3 | 11 - 14 | 12 |
| 7 | Bakı | 9 | 3 | 3 | 3 | 10 - 14 | 12 |
| 8 | Simurq (Zaqatala) | 9 | 1 | 4 | 4 | 5 - 8 | 7 |
| 9 | AZAL (Bakı) | 9 | 0 | 5 | 4 | 3 - 9 | 5 |
| 10 | Rəvan (Bakı) | 9 | 1 | 2 | 6 | 7 - 20 | 5 |
pfl.az