“İnter Arena”da 1 dəqiqəlik sükut

“İnter Arena”da 1 dəqiqəlik sükut

Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense" komandasının üzvü Filipe Maçadonun xatirəsi ölkəmizdə anılacaq. 

Fanat.Az xəbər verir ki,  Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Qaradağ Lökbatan" oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq.

Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında "İnter"də çıxış edib.

Qeyd edək ki, dekabrın 2-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər