Premyer Liqanın XXVI turunda "Qarabağ"a 0:3 hesabı ilə yenilən "İnter"in seriyası qırılıb. Fanat.az xəbər verir ki, "bankirlər" 4 ildən sonra böyükhesabla yenilib.
"İnter" sonuncu dəfə 2010/11 mövsümündə böyükhesabla uduzmuşdu. Kaxaber Tsxadadzenin komandası 1247 gün əvvəl - 2010-cu il oktyabrın 16-da AZAL-la səfər oyununda 5 cavabsız qol buraxmışdı.
Qeyd edək ki, bu turda “İnter”in məğlubiyyətsiz oyunlar seriyasına da son qoyulub. “Qarabağ”a məğlub olan Tsxadadzenin yetirmələri 2014-cü ildə ilk dəfə xalsız qalıb. Bakılılar sonuncu dəfə 86 gün əvvəl “Qarabağ”a 0:2 hesabı ilə uduzmuşdu. Ötən il dekabrın 20-də 18-ci turda səfərdə yenilən “İnter” öz meydanında daha ağır məğlubiyyət alıb - 0:3.
Fanat.az