İngiltərə nəhəngi "Milan"ın tələb etdiyi məbləği ödəməyə razılaşdı - SON DURUM

İngiltərə nəhəngi "Milan"ın tələb etdiyi məbləği ödəməyə razılaşdı - SON DURUM

"Milan"ın ulduzu Rafael Leau karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, heyətini gücləndirmək istəyən "Mançester Siti" Leau ilə maraqlanan klublar sırasındadır. 

"Şəhərlilər" "rossoneri"nin ulduzu üçün 100 milyon avro ödəməyə hazırdır. Bu, İtaliya klubunun minimum qiymət tələbidir. 

Eyni zamanda, 24 yaşlı portuqaliyalının hazırkı müqaviləsində 150 ​​milyon avro təzminat maddəsi nəzərdə tutulub. Hücumçu ilə PSJ və "Çelsi" də maraqlanır.

Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər