İngilis futbolçu Azərbaycanla Braziliyanı eyniləşdirdi

İngilis futbolçu Azərbaycanla Braziliyanı eyniləşdirdi
İngiltərənin 20 yaşadək futbol millisinin sol cinah müdafiəçisi Harri Toffolo martın 27-də Kanadaya öz meydanlarında məğlub olmalarından danışıb.
"Norviç Siti"yə məxsus olan, lakin icarə əsasında "Piterboro Yunayted" klubunda çıxış edən 20 yaşlı futbolçu Donkasterdə 1:2 hesablı yenilgiyə aydınlıq gətirməyə çalışıb. 
Maraqlıdı ki, o nümunə çəkərkən Azərbaycanı Braziliya millisi ilə eyni tərəzinin gözünə qoyub: "1:2 hesablı məğlubiyyət komanda üçün yaxşı dərs oldu. Bu ölkədə qələbə qazanma intizarı çox yüksəkdi. Biz məğlubiyyətdən məyus olduq, ancaq rəqib də yaxşı müdafiə olunurdu. Onlar inkişafda olan komandadı, bir neçə çox yaxşı oyunçuları var. Kanada, Azərbaycan və ya Braziliya ilə oynayarkən onlar matça İngiltərəni məğlub etmək istəyi ilə gəlirlər".(qaynar.info)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər