İndi də futbol yarışında "Qarabağ" təxribatı: AFFA hara baxır?

İndi də futbol yarışında "Qarabağ" təxribatı: AFFA hara baxır?

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma “dövlətlər”in futbol üzrə milli komandaları arasında I dünya çempionatı keçiriləcək. Fanat.az xəbər verir ki, çempionatda qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edəcək komanda da iştirak edəcək.

 

“Conifa.org” saytı xəbər verir ki, yarışlar 1-8 iyunda İsveçin Östersund şəhərində keçiriləcək. Qondarma respublika ilə yanaşı yarışda “Abxaziya”, “Kürdüstan”, “Zəngibar” (Tanzaniyada avtonom bölgə), “Birləşmiş Dərfur” (Sudanın BAGT bölgələri), “Tamil İlam” (Şri-Lankanın Şimali və Şərqi bölgələri), “Patania” (Finlandiya), “Aquitania” (Cənubi Fransa), “Quebec” (Kanadanın fransızlar yaşayan bölgəsi) və “Ella vann” (Man adası) da iştirak edəcəklər.

 

Ölkədə futbolumuza cavabdeh qurum AFFA-dı. Federasiyanın bu turnirlə bağlı İsveçə, daha dəqiqi yerli federasiyaya etiraz etməməsi təəssüf doğurur. Çünki bu baş versəydi, xəbər tutardıq. 

 

azvision.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər