İkiqat Azərbaycan çempionu güllələndi - ŞOK QƏTL (FOTO)

İkiqat Azərbaycan çempionu güllələndi - ŞOK QƏTL (FOTO)
Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib. Fanat.az xəbər verir ki, bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev "Facebook"da yazıb. 
Millət vəkili onun ölüm səbəbini yazmayıb və mərhumun ailəsinə başsağlığı verib.
Amma Elmir Cəlilovun ölüm səbəbi bəllidi. Belə ki, o, dünən axşam saatlarında Gəncənin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Bu barədə APA məlumat yayıb. 
1984-cü il təvəllüdlü Elmir Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
İkiqat Azərbaycan çempionu güllələndi - ŞOK QƏTL (FOTO)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər