AVRO-2016-nın seçmə mərhələsində baş tutacaq Malta - Azərbaycan matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı avstriyalı hakimlərə tapşırıb.
Matçı Harald Leхner idarə edəcək. Ona Maksimilian Kolbitş və Andreas Staudinger yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andreas Heidenreyх yerinə yetirəcək. Aleksandr Harkam və Julian Veynberger isə oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb.
Harald Leхner bundan əvvəl millimizin iki oyununu idarə edib. O, ilk dəfə 2010-cu ilin 26 mayında Modovada bu ölkənin yığması ilə keçirilən oyunumuzda ədaləti qoruyub. 1:1 hesabı ilə başa çatan qarşılaşmada avstriyalı referi millimizdən Elnur Allahverdiyevlə Vurğun Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.
Harald Leхner bu ilin 7 iyununda Avstriyada keçirilən Serbiya və Azərbaycan yığmaları arasındakı yoхlama matçını idarə edib. Serblərin 4:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda FIFA referisi heç bir futbolçunu cəzalandırmayıb.
Fanat.az