Bakı "İnter"i iki futbolçusu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, Dieqo Madriqal və Sezar Meza Kolli komandanı tərk edib.
Hər iki futbolçunun gedişinə maliyyə məsələləri səbəb olub. Belə ki, "İnter"in onlara əvvəlkindən qat-qat az maaş təklif etməsi futbolçuların ölkəmizi tərk etməsinə səbəb olub.
Qeyd edək ki, Sezar Meza Kolli "İnter"də indiyədək 30 (3 qol), Dieqo Madriqal 25 oyun (3 qol) keçirib.
Fanat.az