İki futbolçu "Sumqayıt"dan ayrı düşdü

İki futbolçu "Sumqayıt"dan ayrı düşdü
Topaz Premyer Liqasının XXVI turunda doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək "Sumqayıt" hazırlığa start verib. Fanat.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqinə çıxıb. 
İki futbolçu hazırlıqdan kənarda qalıb. Belə ki, xəstə olduğuna görə Uğur Pamuk və zədəli Pərdis Fərcad-Azad komandadan ayrı çalışıb. Onların "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı məlum deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər