İki boksçumuzdan Macarıstan turnirində qələbə

İki boksçumuzdan Macarıstan turnirində qələbə

Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərindəki beynəlxalq turnirdə mərhələ adlayıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib.

Döyüş Hüseynovun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.

Yığmanın digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər