İki azərbaycanlı idmançıdan beynəlxalq uğur: Üzgücülük marafonunda qalib oldular - FOTOLAR

İki azərbaycanlı idmançıdan beynəlxalq uğur: Üzgücülük marafonunda qalib oldular - FOTOLAR

Azərbaycanı beynəlxalq arenada təmsil edən Səbinə Məmmədova və Elşən Ağayev dünyanın ən məşhur açıq su üzgüçülük yarışlarından biri olan Beynəlxalq "Meys – Kaş” Üzgüçülük Marafonunda (Uluslararası Meis-Kaş Yüzme Yarışması) uğura imza ataraq finişə birinci çatıblar.

Fanat.Az xəbər verir ki, 2005-ci ildən keçirilən "Meys – Kaş” beynəlxalq üzgüçülük yarışı Yunanıstan və Türkiyə arasında dostluq və qonşuluq münasibətlərinin simvolu hesab olunur.  İştirakçılar iki ölkənin dəniz sərhədini keçərək Aralıq dənizinin mənzərəli marşrutu ilə üzməlidirlər. Bu tədbir dünyanın müxtəlif ölkələrindən yüzlərlə həvəskar və peşəkar üzgüçünü cəlb edir, dözümlülük və naviqasiya baxımından ciddi sınaqdır.

Azərbaycan idmançılarının bu nüfuzlu yarışda iştirakı ölkəmizdə açıq su üzgüçülüyünə marağın artdığını və idman diplomatiyasının inkişafını göstərir. Səbinə Məmmədova və Elşən Ağayev bayrağımız altında medallarla finişə çatmaqla Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil ediblər.

Qeyd edək ki, bu idman tədbiri hər il ənənəvi olaraq keçirilən Beynəlxalq Likya-Kaş Mədəniyyət və Sənət Festivalının bağlanış günü baş tutur.

Əsas Marafon 7.1 km təşkil edir. Belə ki, iştirakçılar səhər saatlarında Kaş limanından gəmi ilə Yunanıstanın Meys adasına aparılır və yarış adanın limanından start götürərək Türkiyənin Kaş limanında başa çatır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər