İK-nın üzvü Rumıniyaya gedir

İK-nın üzvü Rumıniyaya gedir

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Kiprin "Pafos" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər