Artıq ənənəyə çevrilən Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşib. Fanat.az xəbər verir ki, 15 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kuboku turniri 29 may - 1 iyun tarixlərində doğma məkanda - Qəbələdə baş tutacaq.
Komandalar ölkəmizə mayın 28-i təşrif buyuracaqlar, iyunun 2-i isə Azərbaycanı tərk edəcəklər. Turnirin bu tarixdə keçirilməsinin başlıca səbəblərindən biri may ayının əvvəllərində əksər ölkələrdə çempiontların final mərhələlərinin keçirilməsidi. Komandaların turnirdə iştirakını təmin etmək məqsədilə bu səbəb diqqətə alınıb. Turnirin iyun ayında keçirilməməsinin səbəbləri isə sözügedən ayın 12-də dünya çempionatının start götürməsi (həmin müddətdə bütün media və azarkeşlərin diqqəti dünya çempionatına yönəlir) və iyun ayından etibarən Qəbələdə turizm mövsümünün açılması ilə bağlıdı.
Fanat.az