III Qəbələ Kuboku başlayır

III Qəbələ Kuboku başlayır
Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” İdman Klubu III Qəbələ Kubokunun startına hazırlaşır. Fanat.az xəbər verir ki, bölgə klubunun təşkilatçılığı ilə Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il üçüncüsü baş tutacaq beynəlxalq turnir təşkil edilir.
Bir çox cəhətdən ilklərlə zəngin olan və ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq turnir kimi tarixə düşən Qəbələ Kuboku bu il də Avropanın tanınmış kollektivlərini Azərbaycana gətirir.  “Liverpul” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandalarının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Neftçi” və “Qəbələ” ilə təmsil olunacaq. 
29 may - 1 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Fənərbaxça”, “Udineze” və “Liverpul”, B qrupunda isə “Neftçi”, “Anderlext”, “Rapid” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.
gabalafc.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər