III liqa klubu "İnter"i darmadağın etdi

III liqa klubu "İnter"i darmadağın etdi
Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze yetirmələrini Almaniyanın III Bundesliqa klubu "Holşteyn"lə oyunda sınayacaq. Alman klubu "İnter"i 3:0 hesabı ilə məğlub edib.
"Holşteyn" futbol klubu 1900-ci ildə yaradılıb. Bu il 114 yaşını qeyd edəcək ki, klub 1912-ci ildə indi Bundesliqa adlanan Almaniya Futbol Liqasının çempionu olub. Komanda sonrakı illərdə ən böyük uğurlarını həvçəskarlar liqasında və regional liqada qazanıb. "Holşteyn"in heyətində Danimarka, Türkiyə, Yaponiya, ABŞ, Polşa və Finlandiyadan legionerlər çıxış edir. Karsten Neytzelin başçılıq etdiyi komanda III Bundesliqanın ilk dövrəsini 24 xalla 17-ci pillədə başa vurub.
Onu da qeyd edək ki, ilk yoxlama oyununu Hollandiyanın "NWC Astern" klubuna qarşı keçirib və 8:0 hesablı qələbə qazanıb. "Bankirlər" bundan sonra Qazaxıstanın "İrtış" (18 yanvar), Almaniyanın "Arminiya" (25 yanvar) klubları ilə qarşılaşacaq. Ayın 22-dəki rəqib isə hələ bəlli deyil.
Yoxlama oyunu
15 yanvar
İnter - Holşteyn (Almaniya) 0:3
I hissə: Səlahət Ağayev, Arif Daşdəmirov, Matiya Şpiçiç, Mateus Lopes, Kevin Piççoni, İlqar Ələkbərov, Slavko Georgievski, Coşqun Diniyev, Mikel Alvaro, Asif Məmmədov, Baçana Tsxadadze.
II hissə: Georgi Lomaya, Ruslan Əmircanov, İvan Benites, Laşa Salukvadze, Matiya Şpiçiç, Abdulla Abatsiev, Fuad Bayramov, Cavid Hacıyev, Mikel Alvaro, Aleksandr İaşvili, Baçana Tsxadadze.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər