İclasa gəlməyən "Qəbələ" ziyana düşdü

İclasa gəlməyən "Qəbələ" ziyana düşdü
AFFA İntizam Komitəsinin növbəti iclaası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının XXXIII turunda qeydə alınan bəzi qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ"nin nümayəndəsi "Neftçi" ilə oyundan öncə keçirilən iclasda iştirak etməyib. Bu səbəbdən bölgə klubu 1000 manat cərimə edilib.
"Qəbələ"dən Vəzir Musayev, "Simurq"dan Arzuman Nəsibov, "Rəvan"dan Nihad Əmirli, "Qarabağ"dan Təmkin Xəlilzadə, "Bakı"dan isə Elşən Rzazadə və Elxan Əhmədov son turda qırmızı vərəqə alıb. 6 futbolçunun hamısı 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər