İbrahimoviçin zədəsi nə qədər ciddidi? - "Milan"dan açıqlama

İbrahimoviçin zədəsi nə qədər ciddidi? - "Milan"dan açıqlama
Ötən gün "Milan"ın məşqi zamanı sıradan çıxan Zlatan İbrahimoviçin tibbi müayinəsinin nəticələri açıqlanıb.
Fanat.Az "Milan"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, İbrahimoviç ciddi zədədən qaça bilib. Onun axilles vətəri zərər görməyib. İsveçli futbolçunun baldır əzələsində zədə aşkarlanıb.
"Rossoneri" İbranın bərpa prosesi ilə bağlı məlumat yaymayıb. 10 gündən sonra 38 yaşlı hücumçunun vəziyyəti yenidən dəyərləndiriləcək.
"La Gazzetta dello Sport"un iddiasına görə, zədənin ciddilik dərəcəsindən asılı olaraq İbrahimoviç 10 - 60 gün arası yaşıl meydanlardan uzaq qalacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər