PSJ ilə müqaviləsi başa çatan Zlatan İbrahimoviç komandada qalmayacağını elan edib. Fanat.az xəbər verir ki, isveçli ulduz bu barədə rəsmi "Instagram" hesabında yazıb.
PSJ-nin ev oyunlarını keçirdiyi "Parc des Princes" stadionunun rəsmini paylaşan İbrahimoviç "Sabah "Parc des Princes"dəki son matçım olacaq. Kral kimi gəldim, əfsanə kimi ayrılıram" yazıb.
Qeyd edək ki, PSJ Fransa çempionatının son turunda "Nant"ı qəbul edəcək. Sabah axşam baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
2012-ci ildə "Milan"dan PSJ-yə 21 milyon avroya transfer olunan İbrahimoviç Fransa çempionluğunu (4 dəfə), ölkə kubokunu (1), Liqa Kubokunu (3) və Super Kubokunu (3) qazanıb.

Fanat.az