İbrahimoviç "Milan"la yeni müqavilə bağlayacaq

İbrahimoviç "Milan"la yeni müqavilə bağlayacaq

"Milan"ın 40 yaşlı ulduzu Zlatan İbrahimoviçin klubla bu yay başa çatacaq müqaviləsini uzadacaq. 

Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu haqda milanlıların texniki direktoru Paolo Maldini açıqlama verib: 

"İbrahimoviç nə istədiyini bilir, heç vaxt qərarını əvvəlcədən bildirmir. O, "Milan"la hansı müqavilə bağlaya biləcəyini bilir. Artıq bacara bilməyəcəyini düşünürsə, bunu ilk deyən o olacaq. Amma məncə, davam etmək istəyir. İbrahimoviç "Milan" üçün heç vaxt yük olmayacaq, o, bizim üçün yalnız qazanc ola bilər".

Bu, isveçli hücumçunun "Milanda"kı ikinci dövründə üçüncü mövsümdür və o, 66 oyunda 36 qol vurub. 40 yaşı olmasına baxmayaraq, hələ də futboldan doymayan İbra klub karyerası ərzində PSJ, "Mançester Yunayted", "Barselona", "​​Ayaks", "İnter", "Yuventus" kimi klublarda ümumilikdə 510 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər